İstanbuldakı qanlı terrorla bağlı on nəfər həbs olunub
Yanvarın 12-də İstanbulun Sultan Əhməd meydanında törədilmiş partlayışda şübhəli bilinən 17 nəfərdən 10-u həbs olunub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, polis digər şübhəlilərin də saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, həmin terrorda əksəriyyəti alman turistləri olmaqla 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Turistlərin cənazəsi xüsusi təyyarə reysi ilə Almaniyaya çatdırılıb.
1news.az
619