Tiflisdə 39 yaşlı kişi “donuz qripi”ndən ölüb
BU il Gürcüstanda H1N1 (“donuz qripi virusu”na) yoluxan bir nəfər həyatını dəyişib.
1news.az Qruziya onlayna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin İnfeksiya və Yoluxucu Xəstəliklərə Nəzarət Departamentindən bildirilib. Məlumata görə, xəstə Qərbi Gürcüstandan gətirilib.
Mütəxəssislərin fikrincə, Gürcüstanda "donuz qripi" epidemiyası təhlükəsi yoxdur. Həkimlərin dediyinə görə, ölkədə bu virus fevral ayında daha çox yayılır.
Xatırladaq ki, Gürcüstanda H1N1 virusu 2009-cu ildə qeydə alınıb. Bu günədək Gürcüstanda 39 nəfər bu xəstəlikdən ölüb. Ümumilikdə ölkədə 567 nəfərdə H1N1 virusu aşkarlanıb.
1news.az
825