Elman Rüstəmov: “Yeni dövlət büdcəsi layihəsində neftin baza qiyməti 30 dollardan götürülüb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov: “Yeni dövlət büdcəsi layihəsində neftin baza qiyməti 30 dollardan götürülüb”

23:07 - 19 / 01 / 2016
Elman Rüstəmov: “Yeni dövlət büdcəsi layihəsində neftin baza qiyməti 30 dollardan götürülüb”

2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır:

“Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı”- deyə, E.Rüstəmov qeyd edib.

1news.az

 

Paylaş:
974

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər