Neft yenidən ucuzlaşıb
Çərşənbə günü dünya bazarlarında neft yenidən ucuzlaşıb.
Brent markalı neft 1,91% ucuzlaşaraq bir bareli 28,27 dollara çatıb. WTI markalı neft də 2,32% ucuzlaşaraq bir bareli 28,88 dollar olub.
Buna səbəb, Beynəlxalq Valyuta Fondunun 2016-2017-ci illər üçün, eyni zamanda Beynəlxalq Enerji Agentliyinin yanvar ayına olan məruzəsi olub. Bunlarla bərabər, sərmayədarlar İran neftinin yenidən dünya bazarlarına qayıtmasından ehtiyat edirlər.
Qeyd edək ki, şənbə günü, yanvarın 16-da nüvə potensialını aşağı salmaqla bağlı İran hökumətinin hazırlığından sonra ölkəyə qarşı irəli sürülmüş sanksiyalardan bir çoxu ləğv olunub.
Hazırda bazar iştirakçıları bu addımdan sonra İranın gün ərzində 500 barel neft istehsal edərək “qara qızıl”a olan ehtiyatının artırmasından narahatdırlar.
“Neft bütün OPEK ölkələrinin mübarizə apardığı mərhələdədir. Hazırda neft pul tədavülü üçün satılır, gəlir mənbəyi kimi deyil”, - “Ayers Alliance Securities”-in sərmayədarlar üzrə şöbənin rəhbəri Connatan Barratt.
РИА Новости