Ruhi xəstə olan Cəlilabad sakini Pakistan vətəndaşını soydu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ruhi xəstə olan Cəlilabad sakini Pakistan vətəndaşını soydu

16:15 - 21 / 01 / 2016
Ruhi xəstə olan Cəlilabad sakini Pakistan vətəndaşını soydu

Cəlilabad rayonunda ruhi xəstə olan şəxs soyğunçuluq edib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, dünən Cəlilabad rayonunun Uzuntəpə kəndində naməlum şəxs Pakistan vətəndaşı Məhəmməd Sərdari Sultana məxsus içərisində saçqurudan, üzqırxan maşın və masaj edən qurğu olan çantasını açıq talama yolu ilə alıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov tutulub.

1news.az

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər