Mikayıl Cabbarov: “İstedadlı məzunların işə cəlb olunması prioritet olmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: “İstedadlı məzunların işə cəlb olunması prioritet olmalıdır

16:40 - 21 / 01 / 2016
Mikayıl Cabbarov: “İstedadlı məzunların işə cəlb olunması prioritet olmalıdır

Azərbaycan təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edib.

Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazir “Məllimlərin işə qəbulu, peşəkarlığın artırılması, təlim və təhsilin keyfiyyətinin yüksəldilməsi siyasəti”  bölməsində çıxış edib.

Nazir qeyd edib ki, təhsil sisteminin  mühüm məqsədlərindən biri daxili islahatların, ikitərəfli və çoxtərəfli mübadilələrin həyata keçirilməsidir.

“Nümunə olaraq kurikulum və inkişaf etmiş təlim metodikaları mübadiləsini nümunə göstərmək olar”,- M.Cabbarov deyib.

Nazir bildirb ki, təhsil sistemi təlim və tədrisin keyfiyyətinə əsaslanmalıdır. Istedadlı məzunların işə cəlb olunması prioritet istiqamət olmalıdır.

Xatırladaq ki, M. Cabbarov Böyük Britaniyada “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" əsasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Səfər zamanı təhsil naziri həmçinin,  UCL Təhsil İnstitutunun direktoru Endryu Braunla və Rusiya təhsil və elm naziri Dmitriy Livanovla görüşüb.

Xatırladaq  ki, 18-20 yanvar tarixlərində keçirilən forumda 80 ölkəni təmsil edən dünyanın aparıcı universitetləri, beynəlxalq təşkilatlarının üzvləri iştirak edib.

1news.az

Paylaş:
555

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər