Bakıda qayın yeznəsini bıçaqlayaraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qayın yeznəsini bıçaqlayaraq öldürüb

17:26 - 21 / 01 / 2016
Bakıda qayın yeznəsini bıçaqlayaraq öldürüb

Bakıda qətl hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 20-də Tərtər rayon sakini Ziya Əzizovun yaşadığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən yataqxanaya verdiyi pul borcunu almağa gəlmiş bacısının əri Bərdə rayon sakini Vasif İsmayılovla aralarında baş vermiş münaqişə zəmində Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirərək hadisə yerindən qaçıb.

Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada dünyasını dəyişib.

Sabunçu  polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əzizov tutulub.

1news.az

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər