“Antalya Cup”da iştirak edəcək milli komandanın heyəti açıqlanıb
"Antalya Cup" turnirində iştirak edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.
1news.az-ın məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə heyətə 23 futbolçunun adını daxil edib.
Bunlar Məqsəd İsayev, Rahil Məmmədov (hər ikisi “Neftçi”), Şahrudin Məhəmmədəliyev, Azər Salahlı (hər ikisi “Qarabağ”), Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev (hamsı “Zirə”), Elnur Cəfərov, Kamran Abdullazadə (hər ikisi “Xəzər Lənkaran”), Fuad Bayramov, Abbas Hüseynov (hər ikisi “İnter”), Rəşad Əzizli (“Rəvan”), Budaq Nəsirov, Namik Ələskərov (hər ikisi “Kəpəz”), Tural Hümbətov, Ruslan Nəsirli, Kamal Mirzəyev (hamısı AZAL), Elvin Camalov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı “Qəbələ”), Tərlan Əhmədli (“Sumqayıt”), Kərəm Benke və Taşkın İlterdir (“Neuştrelits”, Almaniya).
Qeyd edək ki, turnirdə Azərbaycan, Ukrayna və Albaniyanın U-21, Bəhreynlə Səudiyyə Ərəbistanının U-20 yığmaları çıxış edəcək.
1news.az