Şahin Mustafayev Dünya Bankının nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahin Mustafayev Dünya Bankının nümayəndə heyətini qəbul edib

20:44 - 21 / 01 / 2016
Şahin Mustafayev Dünya Bankının nümayəndə heyətini qəbul edib

İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

1news.az İqtisadiyyat Nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, hökumətin gördüyü tədbirlərə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev qeyd etmişdir ki, son illər ərzində ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, ölkə regionlarının inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilmiş və bu istiqamətlərdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bu tədbirlər ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyini, sosial və infrastruktur layihələrinin uğurla reallaşdırılmasını, ölkə iqtisadiyyatının inkişafını, eləcə də Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığını şərtləndirərək, ciddi iqtisadi uğurlar qazanıb. Bu prioritetlərin nə qədər doğru olduğunu hazırkı mürəkkəb dövr bir daha təsdiq edir.

Nazir Şahin Mustafayev neqativ xarici iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş və bildirmişdir ki, bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə dividend, diskont və faiz gəlirlərinin vergidən azad edilməsi, Azərbaycandan kapital axınının qarşısının alınması üçün valyuta tənzimlənməsi sahəsində qanunvericilik aktlarında dəyişiklik edilməsi, eyni zamanda investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırıması və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.

Dünya Bankı və Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən Şahin Mustafayev yeni iqtisadi şəraitdə bankla daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşenko Azərbaycan hökuməti tərəfindən iqtisadi sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, görülmüş işlər nəticəsində ölkə iqtisadiyyatında artıma nail olunduğunu, yoxsulluq və işsizlik səviyyəsinin qısa müddət ərzində azaldıldığını qeyd edib. L.Leşenko qeyd etmişdir ki, vaxtilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər hazırkı iqtisadi vəziyyətdən daha az təsirlərlə çıxmağa imkan yaradır.

Dünya Bankının region üzrə proqram rəhbəri Raşmi Şankar isə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını qeyd edərək, mürəkkəb iqtisadi şəraitdə Azərbaycanın hazırlıqlı və tədbirli olmasını xüsusi vurğulamış, əhalinin sosial müdafiəsi, əmanətlərin qorunması, kapital axınının qarşısının alınması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi üzrə qısa müddətdə lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirib. Proqram rəhbəri yeni iqtisadi şəraitin ölkə iqtisadiyyatının strukturunun təkmilləşdırılməsinə, rəqabət qabiliyyətinin və ixracın artırılmasına yeni imkanlar yaratdığını bildirib. Raşmi Şankar bu şəraitdə birgə inkişaf proqramının hazırlanması və “Dünya Bankının inkişaf siyasətinə maliyyə dəstəyi” aləti çərçivəsində bu proqramın icrasına dəstəyin göstərilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

Görüşdə biznes mühitinin daha da yaxşılaşdırılması və birgə inkişaf planının hazırlanması üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub.

1news.az

 

Paylaş:
740

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər