2016- Formula 1 Avropa Qran Prisinin rəsmi proqramı açıqlandı | 1news.az | Xəbərlər
İdman

2016- Formula 1 Avropa Qran Prisinin rəsmi proqramı açıqlandı

21:18 - 21 / 01 / 2016
2016- Formula 1 Avropa Qran Prisinin rəsmi proqramı açıqlandı

Formula 1 Avropa Qran Prisi 17-19 iyun 2016-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq.

Bakı Şəhər Halqasından 1news.az-a verilən məlumata görə,  Formula 1 Avropa Qran Prisinin proqramı aşağıdakı kimi müəyyənləşib.

Cümə (17.06.2016)

QP2 yarışları – Məşq sessiyası

Formula 1 – Birinci məşq sessiyasi

Formula 1 – İkinci məşq sessiyası

QP2 yarışları – Təsnifat sessiyası

Şənbə (18.06.2016)

QP2 yarışları – Birinci yarış

Formula 1 – Üçüncü məşq sessiyası

Formula 1 – Təsnifat sessiyası

Bazar (19.06.2016)

QP2 yarışları – İkinci yarış

2016-cı il Formula 1 Avropa Qran Prisi

Rəsmi Yarış Proqramı dəyişə bilər. Son yeniliklərdən xəbərdar olmaq üçün rəsmi internet səhifəmizi izləyin: www.bakucitycircuit.com

Xatırladaq ki, Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır.

20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi  və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğu üçün [email protected] ünvanına e-mail göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

1news.az-a

Paylaş:
2089

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər