İran səfirliyi: "Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik" | 1news.az | Xəbərlər
Dünya

İran səfirliyi: "Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik"

13:22 - 22 / 01 / 2016
İran səfirliyi: "Azərbaycanlı uşağın Təbrizdə vəfat etməsindən təəssüflənirik"

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mətbuat katibi tərəfindən Təbrizdə vəfat etmiş Azərbaycanlı uşaq barədə açıqlama verilib.

1news.az xəbər verir ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat katibi cənab Məhəmmədrza Nəcəfi Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin Təbrizin “Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfləndiyini bildirərək deyib:

“Hər il müxtəlif ölkələr və o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarından olan minlərlə insan müalicə üçün İrana üz tutur və onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq bildirirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.

Nəcəfi dünyasını dəyişmiş uşağın xəstəxana xərcləri barədə dedi: “Görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilmiş və hal-hazırda yalnız 3200 manat borc qalmışdır. Biz yenə də məsələni diqqət mərkəzində saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Dadaşzadə Qorqud dünən günorta saatlarında İranın Təbriz şəhərində yeləşən "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib. Xəstəxana ailənin 3 200 manat borcu olması səbəbindən uşağın meyitini ailəsinə təhvil verməktən imtina edir.

1news.az

Paylaş:
1179

Son xəbərlər

Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02
Bütün xəbərlər