Azad Rəhimov Avropa Olimpiya Komitəsinin prezidenti ilə görüşüb
Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasına qatılmaq məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov İsveçrənin Lozanna şəhərində səfərdədir.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfəri çərçivəsində nazir A.Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro və AOK idarə heyətinin üzvü Kristof de Kiper ilə görüşlər keçirib.
Görüşlər çərçivəsində Bakı 2015 Avropa oyunlarında yüksək səviyyədə görülmüş işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.
Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Pri turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.
1news.az