Mustafa Koçun ölüm səbəbi məlum oldu
Türkiyənin tanınmış iş adamı, "KOÇ" Holdinq şirkəti İdarə Heyətinin sədri Mustafa Koçun ölümünün səbəbi açıqlanıb.
1news.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ürək-damar xəstəliyi üzrə cərrah professor Bingür Sönməz bildirib ki, M.Koç gənc yaşlarından qan damarı divarının qalınlaşmasından əziyyət çəkirmiş.
Məlumata görə, mərhum iş adamı 2002-ci ildə ABŞ-da ürək damarından (koronar şuntlama) 3 dəfə cərrahiyyə əməliyyatı olunub.
O, piylənmədən əziyyət çəkdiyi üçün müntəzəm olaraq, idmanla məşğul olub. Hətta, son 4-5 ayda 40 kiloqram arıqlayıbmış. Ona görə də Mustafa Koçun bu səbəbdən həyatını itirdiyi ehtimal edilirdi.
Bingür Sönməz bildirib ki, Mustafa Koçun ölmünə səbəb çəki atması deyil, gənc yaşlarında qan damarı divarının qalınlaşmasıdır.
1news.az