“Moody’s” agentliyi “Kapital Bank”ın reytinqini təsdiqlədi | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Moody’s” agentliyi “Kapital Bank”ın reytinqini təsdiqlədi

11:20 - 22 / 01 / 2016
“Moody’s” agentliyi “Kapital Bank”ın reytinqini təsdiqlədi

“Moody’s Investor Service” beynəlxalq agentliyi “Kapital Bank” ASC-nin hazırki kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə “Ba3” səviyyəsində təsdiqləyərək, dəyişilməz olaraq saxlayıb.

Bu haqda 1news.az-a Bankdan verilən məlumata əsasən, kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2(cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime(cr)” səviyyəsində təsdiq edib.

Hesabatda həmçinin qeyd olunur ki, ötən ilin dekabrında üzən məzənnə rejiminə keçid nəticəsində ölkədə milli valyutanın dəyərdən düşməsi və yüksək dollarlaşma bankların aktivlərinin keyfiyyətinə və mənfəətliliyinə mənfi təsir göstərib. Ölkədəki makroiqtisadi dəyişikliyi rəhbər tutaraq, agentlik “Kapital Bank”ın uzunmüddətli depozit reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə dəyişdirib.

“Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində “Kapital Bank” mənfəətlilik dərəcəsini qoruyub saxlayacaq. Qeyd olunub ki, Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2016-cı il tarixinə qədər Bankın  kapital yetərliliyi və likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına və büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə Bankın kredit verməsi mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Bankın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir” deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, “Moody’s Investor Service” beynəlxalq agentliyinin “Kapital Bank”a verdiyi reytinqlər yerli kommersiya bankları arasında  ən yüksək reytinqdir.

Paylaş:
902

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər