Millimiz “Antalya Cup”a qələbə ilə başladı | 1news.az | Xəbərlər
Futbol

Millimiz “Antalya Cup”a qələbə ilə başladı

23:20 - 22 / 01 / 2016
Millimiz “Antalya Cup”a qələbə ilə başladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün “Antalya Cup” turnirində ilk oyununu keçirib.

1news.az-ın məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Ukraynadan olan həmyaşıdları ilə üz-üzə gəliblər.

“Arkadia” otelinin meydançasında keçirilən görüşdə gerdi düşən millimiz əzmkarlıq nümayiş etdirərək 2:1 hesabı ilə rəqibini məğlub edib. Bununla da komandamız turnirə qələbə ilə başlayıb.

Qeyd edək ki, Azərbaycan və Ukraynanın U-21 yığmaları ilə yanaşı, Albaniyanın U-21, Bəhreynlə Səudiyyə Ərəbistanının U-20 komandaları da “Antalya Cup”da mübarizə aparır.

“Antalya Cup”

I tur 

22 yanvar

Azərbaycan U-21 – Ukrayna U-21 - 2:1

Qollar: Namiq Ələsgərov, 58 (pen.), 85  - Yevgeni Çumak, 49

“Arkadia” otelinin “C” meydançası

1news.az

 

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər