ABŞ-da qaradərili qadınları zorlayan keçmiş polisə 263 il həbs cəzası verildi
ABŞ məhkəməsi Oklaxoma ştatından olan keçmiş polis zabiti Deniel Xoltklou barəsində 263 illik həbs qərarı çıxarıb.
1news.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, 29 yaşlı polis işçisi xidmətdə olan zaman dəfələrlə qaradərili qadınlara qarşı seksual xarakterli cinayətlər törədib.
Dövlət ittihamçısı D.Xoltklounun 4 dəfə qadınları zorladığını, 14 epizodda isə digər qanuna-zidd hərəkətlər törətdiyini əsas gətirərək ona 263 illik həbs cəzası verilməsini istəyib və hakim onun bu istəyi ilə bağlı müsbət qərar qəbul edib.
1news.az
644