2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma olub

12:20 - 22 / 01 / 2016
2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma olub

Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 33,44% azalaraq 2015-c ildə 20 645,9 mln. ABŞ dolları təşkil edib.

1news.az “Report”a istinadən məlumatına görə,Dövlət Gömrük Komitəsindən xəbər verilib ki,  , idxal əməliyyatlarının həcmi 0,36% artaraq 9 221,4 mln. dollar, ixrac isə 47,66% azalaraq 11 424,5 mln. dollar olub.

Hesabat ilində xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2014-cü illə müqayisədə 5,7 dəfə azalaraq 12,6 mlrd. dollardan 2,2 mlrd. dollara düşüb.

Azərbaycanın 165 ölkə ilə ticarət etdiyi hesabat ilində ölkədən 2 477 çeşiddə mal ixrac olunub, ölkəyə idxal olunan mal çeşidi isə 6 231 ədəd təşkil edib.

1news.az

Paylaş:
1379

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər