Millimiz Səudiyyə Ərəbistanı yığmasını darmadağın elədi | 1news.az | Xəbərlər
Futbol

Millimiz Səudiyyə Ərəbistanı yığmasını darmadağın elədi

10:03 - 25 / 01 / 2016
Millimiz Səudiyyə Ərəbistanı yığmasını darmadağın elədi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində ikinci oyununu keçirib.

1news.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının U-20 yığması ilə qarşılaşan yığmamız qələbə qazanıb – 3:0.

Oyunda hesabı 8-ci dəqiqədə penalti zərbəsindən fərqlənməklə Namiq Ələsgərov açıb. 10 dəqiqə sonra 11 metrlik cərimə zərbəsini Elnur Cəfərov dəqiq yerinə yetirməklə komandamızın üstünlüyünü 2 topa çatdırıb. 77-ci dəqiqədə Namiq Ələsgərov oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub.

Yığmamız turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.

1news.az

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər