Bakıda “Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Bakıda “Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi keçiriləcək

12:54 - 25 / 01 / 2016
Bakıda “Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi keçiriləcək

Yaxın günlərdə Prezident yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində  “Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsi həyata keçiriləcək.

1news.az-ın məlumatına görə, layihənin başlıca məqsədi futbol hakimliyinə marağı olan gənclərə  təcrübi və nəzəri  bilikləri aşılamaq, futbol hakimliyi ilə bağlı gənclərdə maraq oyatmaqdır. 

FİFA dərəcəli yerli futbol mütəxəssislərinin iştirakı ilə gənclər, hakimliyin qayda və prinsipləri ilə daha yaxından tanış olacaq, tanınmış hakimlərin bilik və təcrübələrinn faydalanacaqlar.

Nəzəri  və təcrübi  hissələrdən ibarət iki gün davam edəcək layihənin nəzəri hissəsi müasir futbolun qaydaları, futboldakı ən son innovasiyaların mahiyyəti , dünya təcrübəsində mübahisəli epizodların təhlili və hakimliklə bağlı digər mühüm məsələlər ekspertlərlə gənc hakimlərin arasında müzakirə olunacaq. 

Layihənin təcrübi hissəsində gənc hakimlərin fiziki dayanıqlılıq, və bundan irəli gələn digər normativlərin tədrisi və ilkin təcrübəsi həyata keçiriləcək .

Təcrübi hissədə “Referee simulator” proqramı icra ediləcək . Layihənin davamlılığı məqsədi ilə fərqlənən gənclər diplom və sertifikat əldə etməklə yanaşı hakimlik karyerasına başlaması üçün aidiyyatı qurumlara yönləndiriləcək.

1news.az

Paylaş:
797

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər