«Lokomotiv» «Dinamo»nu darmadağın etdi | 1news.az | Xəbərlər
İdman

«Lokomotiv» «Dinamo»nu darmadağın etdi

21:19 - 27 / 01 / 2016
«Lokomotiv» «Dinamo»nu darmadağın etdi

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib.

1news.az-ın məlumatına görə, son tur çərçivəsində Bakının “Lokomotiv” klubu evdə Kazan “Dinamo”su ilə qarşılaşıb.

Hər iki komanda pley-offa vəsiqə qazanmaqla yanaşı, turnir cədvəlində mövqeyini də təmin etdiyindən görüş formal xarakter daşıyıb.

Qarşılaşmaya gəlincə, “Lokomotiv” rəqibini hər üç setdə məğlub edərək meydandan qalib kimi ayrılıb.

VI tur

27 yanvar

A qrupu

“Lokomotiv” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) - 3:0 (25:16; 25:21, 25:23)

Hakimlər: Sotirios Delikostidos (Yunanıstan), Miçlik Aqniejka (Polşa)

Bakı, “Azərreyl” İdman Bazası

1news.az

 

Paylaş:
1118

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər