Azərbaycanda 52 dini icma qeydiyyatdan keçib
Azərbaycanda 52 dini icmanın 2015-ci ildə dövlət qeydiyyatından keçdiyi açıqlanıb .
1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclasında Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Qeydiyyatdan keçən dini icmalardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır.
Beləliklə, ümumilikdə Azərbaycanda qeydiyyata alınmış dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür.
Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
1news.az
604