Mətbuat Şurası KİV-in iqtisadi vəziyyəti ilə əlaqədar Prezidentə müraciət edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası KİV-in iqtisadi vəziyyəti ilə əlaqədar Prezidentə müraciət edəcək

23:00 - 29 / 01 / 2016
Mətbuat Şurası  KİV-in iqtisadi vəziyyəti ilə əlaqədar Prezidentə müraciət edəcək

Yanvarın 29-da Azərbaycan Mətbuat Şurasının 2016-cı ildə ilk iclası keçirilib. İclasda əvvəlcə Şuranın 2016-cı il üçün iş planı müzakirə olunub və qəbul edilib.

Şuradan 1news.az-a  verilən məlumata  görə, İclasda KİV-in ölkədəki iqtisadi durumla bağlı vəziyyəti də müzakirə edilib. Bildirilib ki, qəzet kağızı 100 faizdən, xaricdən gətirilən hazır çap məhsulları isə 50 faizdən çox bahalaşıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılması vəziyyəti bir qədər də çətinləşdirib. Mətbuat Şurası İdarə Heyətinin üzvləri mövcud durumdan çıxış yolu kimi göstərilən məsələlərlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlanmasını məqbul sayıblar.

Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının rəyləri əsasında qərarlar qəbul edilib. “Qərb xəbərləri” və “Xalq tribunası” qəzetlərinin adlarının MŞ-nin “qara siyahı”sına daxil edilməsi barədə qərar çıxarılıb.

Bundan başqa “Bələdiyyə birliyi” qəzetinə xəbərdarlıq olunması ilə bağlı qərar qəbul edilib. İclasda “Milli.az” internet portalı, “dia.az”, “regionxeber.tv” saytı barədə də rəylər çıxarılıb.

1news.az

Paylaş:
658

Son xəbərlər

Bütün xəbərlər