Facebook revolutions: sosial şəbəkələr yaratmağa xidmət edir, yoxsa dağıtmağa? | 1news.az | Xəbərlər
Köşə

Facebook revolutions: sosial şəbəkələr yaratmağa xidmət edir, yoxsa dağıtmağa?

14:41 - 08 / 02 / 2016
Facebook revolutions: sosial şəbəkələr yaratmağa xidmət edir, yoxsa dağıtmağa?

Son bir neçə il ərzində dünya Facebook sosial şəbəkəsi vasitəsilə təşkil olunan bir sıra inqilabların şahidi olub.

Bu hadisələrə “ərəb baharı”, “Uoll-stridin tutulması”, İstanbul, Kiyev, Honkonqun  mərkəzi küçələrindəki etirazlar aiddir.

Lakin duman çəkiləndən sonra bu inqilabların əksəriyyəti yeni möhkəm siyasi qayda yarada bilməyib. Bu bir az da onunla bağlıdır ki, “bəzi səslər başqalarından daha güçlü səslənirdi”, və razılaşma yaranmadı.

The New York Times-ın icmalçı Tomas Fridman öz məqaləsində belə bir sual qoyur: sosial şəbəkələr dağıdır, yoxsa yenini yaratmağa yardım edir?

Misirli Vail Qonim əminliklə “hə” deyir. Googleşirkətinin Kairdəki əməkdaşı olan bu şəxs 2011-ci ildə Təhrir meydanında inqilabın yaradılmasına yardım edib. Bu inqilab prezident Hüsni Mübarəki hakimiyyətdən uzaqlaşdırsa da, həqiqi demokratiya simasında alternativ yarada bilməyib.

Bu necə baş verdi

“Ərəb baharı” sosial şəbəkələrin böyük potensialını aşkar etməklə yanaşı həm də, onda olan boşluqları da ortaya çıxardı. “Diktatoru hakimiyyətdən uzaqlaşdırmaq üçün bizi birləşdirən vasitə sonradan bizi parçaladı”- Vail Qonim deyir.

2000-ci ildə ərəb dünyasında internet çox böyük populyarlıq qazandı. “Bütün dünyada olan insanlarla danışmaq imkanı və biliklər əldə etmək yanğısı ilə biz üzücü siyasi reallıqdan uzaqlaşır və alternativ, virtual dünyada yaşayırdıq”, - Qonim danışır.

“O zaman 2010-cu ildə internet mənim həyatımı tamamilə dəyişdi. Facebook-da gənc misirli oğlanın cəsədinin fotosunu paylaşılmışdı. Onun adı Xalid Səid idi, 29 yaşı var idi, polis tərəfindən öldürülmüşdü”.

“Bu fotoda mən özümü gördüm. O zaman mən anonim Facebook səhifəsi yaradıb adını “Biz hamımız-Xalid Səaidik” qoydum. Cəmi 3 gün ərzində səhifə 100 min misirli qeydiyyatçı topladı. Onların birləşdirən eyni qorxu idi”,-  Qonum bildirdi.

Tezliklə Qonim və dostları Facebookdan insanların birləşməsi üçün bir vasitə kimi istifadə etməyə başladı. Səhifə ərəb dünyasında məşhurlaşdı. Sosial şəbəkələr bu kampaniyada mühüm rol oynayıb. Bu mərkəzləşdirilmiş hərəkatın yaradılmasına, insanların tək olmadığını anlamasına səbəb oldu. Rejim bu prosesin qarşısını ala bilmədi.

Nəticədə Misir təhlükəsizlik xidməti Vail Qonimi yerini müəyyən etdi. O, həbs edərək 11 gün tam təcrid olunmuş halda saxlanıldı. Lakin Qonim azad olunandan 3 gün sonra milyonlarla nümayişçilər, Facebookda onun səhifəsi vasitəsilə birləşib Hüsni Mübarək rejimini devirdi.

Lakin Qonimin qeyd etdiyinə görə,eyforiya keçəndən sonra konsensusa gəlmək mümkün olmadı və siyasi mabarizə intensiv qütbləşməyə gətirib çıxardı. Sosial şəbəkələr bu qübləşməni daha da alovlandırırdı, cünki burada dezinformasiya, şayiələr və düşmənçilik ifadələri tez yayılırdı. O, deyir: “Mühit, atmosfer çox zəhərli idi. Mənim interaktiv dünyam döyüş meydanına çevrilmişdi. Bura yalan, nifrətlə dolu idi”.

Ordu tərəfdarları və islamçılar sosial mediyadan daha çox bir-birini təhqir etmək, qara yaxmaq vasitəsi kimi istifadə edirdi. Bu halda Qonim və onun tərəfdarlarının ətrafında birləşən demokratik mərkəz kənara çəkilməli oldu.

Məqalə müəllifinin yazdığına görə, onlaın inqilabı əvvəl “Müsəlman-qardaşları”, sonra isə ordu tərəfindən oğurlanmışdı. O zaman həbs olunanlar içində kübar gənclər də var idi ki, onlar bu inqilabın bir vaxtlar mənbəyində dururdu.

Sosial şəbəkələrin reallığı haqqında qənaətlər

Baş verənlərdən sonra Vail Qonim sosial şəbəkələrin müasir həyatdakı rolu ilə bağlı belə bir qənaətə gəlib:

Birincisi: “Biz şayiələrlə necə mübarizə aparacağımızı bilmirik. Qərəzli məlumatlara insanlar inanır və onlar milyonlar arasında yayılır.

İkincisi: “İnsanlar bir qayda olaraq öz həmfikirləri ilə ünsiyyətdə olur. Sosial mediya vasitəsilə digər hər kəsi blok etmək, kənarlaşdırmaq imkanı var”.

Üçüncü: “Sosial şəbəkədəki diskussiyalar qısa vaxtda qəzəbli kütlə səviyyəsinə enir, bu ona bənzəyir ki, ekranın o biri başındakının sadəcə avatar deyil, canlı insan olduğunu unudasan”.

Dördüncü: “Bizim düşüncəmizi dəyişmək olduqca cətinləşdi. Sosial mediyanın sürəti və lakonikliyini nəzərə alaraq biz həmən nəticələrə keçir və mürəkkəb dünya prosesləri haqqında sadəcə 140 simvol çərçivəsində kəskin münasibət bildiririk. Bundan sonra isə yazdıqlarımız internetdə daimi olaraq qalır”.

Beşinci və ən vacib məqam: “ Bu gün sosial şəbəkələr ilə fəaliyyət göstəriri ki, onlar yalnız hadisələrin yayımına yardım edir, iştiraka deyil, , disskusiyalardan daha çox qısa məlumatalar üçün, dərin təhlillərə deyil, səthi şərhlərə görə nəzərdə tutulub”.

“5 il öncə mən elə hesab edir ki, cəmiyyətin azadlığı üçün yalnız internetin olması yetərlidir. İndi isə düşünürəm ki, cəmiyyətin azadlığını üçün  ilk növbədə internetin özünü azad etmək lazımdır”,- deyə Qonim bildirib.

1news.az

Paylaş:
1389

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər