Elmar Məmmədyarov: “Russiya və Türkiyə arasında hazırkı münasibətlər Azərbaycan üçün arzuolunmazdır”
The Business Year jurnalına müsahibə verən Elmar Məmməyarov xarici siyasətdəki əsas addımla,Latın Amerikası ilə əlaqə,AR-in beynəlxalq arenada transmilli boru kəmərlərində rolundan danışıb.
Xarici İşlər Nazirliyinin rəhbəri bundan əlavə Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətlərindən, Azərbaycanda Qran-Pri Formula -1 yarışının keçirilməsindən bəhs edib.
Ölkədəki iqtisadi çətinliklər fonunda xarici siyasətdə atılan addımlar.
Uzun illər ərzində Azərbaycanın xarici iqtisadi siyasəti 5 dayaq nöqtəsinə əsaslanıb.
- transregional enerji şəbəkəsinin möhkəmləndirilməsi,
- yüksək texnologiyalar və nəqliyyat məlumatlandırılmasının inkişafı;
- xarici investisiyaların cəlb olunması və iqtisadi təhlükəsizliyin bərpası,
- yerli kiçik və orta biznesin qlobal dəyər zəncirinə cəlb olunması;
- Azərbaycan məhsullarının xarici bazara ixracının artması;
Beynəlxalq ticarətin balanslaşdırılmış inkişafdakı rolunu qəbul edərək milli inkişaf strategiyamız ticari qanunvericiliyin yaxşılaşdırılmasına, ticarət və gömrük prosedurlarının sadələşdirilməsinə, ikitərəfli, regional, çoxtərəfli əməkdaşlığa, ixrac strukturunun şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə əsaslanıb.
Bu yaxınlarda effektiv tarif siyasətinin işlənib hazırlanması üçün tranzit yükləri üzrə Koordinasiya Şurası yaradılıb.
“Əminik ki, belə tədbirlər əhəmiyyətli dərəcədə transregional ticarətin yüksəldilməsinə yönələcək”,- Məmmədyarov deyib.Son 10 il ərzində bizim ticarət tərəfdaşlarımızın sayı artaraq 150-yə çatıb. 60-dan çox ikitərəfli ticarət-iqtisadi razılıqlar imzalanıb, Ölkənin xatici ticarəti 4.3 dəfə artıb, o cümlədən 6 dəfə ixracda və 2.6 dəfə idxalda artım var”.
Nazir onu da qeyd edib ki, son 10 il ərzində Azərbaycanda kasıblıq həddi 50 faizdən 5 faizə qədər azalıb. İşsizlik səviyyəsi 4.9 faiz təşkil edir. 2015-ci ildə pozitiv iqtisadi inkişaf və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı müşahidə olunub.
Beynəlxalq arenada Azərbaycanın mövqeyi və transmilli boru kəmərlərində rolu
Dünya iqtisadiyyatına inteqrasiya Azərbaycan xarici iqtisadi siyasətinin əsas elementlərindən biridir.Ölkəmiz Cənub qaz dəhlizinin reallaşdırılmasının tərəfdarı olub.
Cənub qa dəhlizi çərçivəsində hazırda 2 layihə həyata keçirilir- Trans –Anadolu qaz kəməri (TANAP) və Trans Adriatik qaz kəməri (TAP) Perspektivdə onlar Avropada qaza olan ehtiyacın 20 faizini qarşılamaq imkanına malikdir.
Enerji infrastruktur layihələri Azərbaycanın yaxın tərəfdaşları ilə əlaqələrini möhkəmləndirib, Türkiyə və Gürcüstanla regional əməkdaşlığı aktivləşdirib ki, bu başqa sahələr də yüksək nəticələr göstərdi.
Azərbaycan mühüm transkontinental nəqliyyat dəhlizinin inkişafında da iştirak edir. Bura Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi, yeni Beynəlxalq Bakı Dəniz Limanının tikintisi, Transmilli Avroasiya informasiya suoermagistralının (TASIM) çəkilməsi bura daxidlir.
Türkiyə və Rusiya arasında balans
Türkiyə və Rusiya ilə münasibətlər əməkdaşlığın bütün sahələrində dinamik inkişaf edir.
“Azərbaycanın Türkiyə ilə strateji müttəfiq kimi və Rusiya ilə strateji tərəfdaş kimi münasibətləri tarixi köklərə malidir.Çoxsaylı müqavilələrin imzalanması, həmçinin mütəmadi qarşılıqlı səfərlər möhkəm əlaqələrin mövcudluğunu sübut edir”, -E.Məmmədyarov deyib
Nazir təəssüflə qeyd edib ki, Rusiya qırıcısı ilə bağlı insident iki ölkə arasında münasibətlərə təsir edib. Rusiya və Türkiyə arasında münasibətlər Azərbaycan üçün olduqca arzuolunmazdır.
“Türkiyə və Rusiya arasında Cənubi Qafqaz regionu və onun hüdudlarında təhlükəsizlik və stabillyin qorunmasinda mühüm rol oynayır. Azərbaycan hər iki ölkə arasında münasibətlərin möhkəmlənməsində maraqlıdır”, - Məmmədyarov bildirib ki, ümid edir ki,Moskva və Ankara arasında münasibətlər tezliklə normallaşacaq.
Mərkəzi Amereika ilə qarşılıqlı münasibətlər
Mərkəzi Amerika ölkələri ilə həmçinin, Latın Amerikası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasəti üçün böyük əhəmiyyətə malikdir. Mərkəzi və Latın Amerikası ölkələri ilə münasibətlər son illər ərzində aktiv inkişaf edib. O, qeyd edib ki, Kuba, Braziliya, Argentina, Kolumbiya, Meksikanın bu yaxınlarda Azərbaycanda səfirlikləri açılıb. Azərbaycanın da həmin ölkələrdə səfirlikləri var. Azərbaycanın Kolumbiya, Peru, Uruqvay və Çilidə diplomatik missiyaları açılıb.
“Ticarət- iqtosadi əməkdaşlıq birinci dərəcəli əhəmiyyət daşıyır. Azərbaycan və Latın Amerikası ölkələri arasında ticarət dövriyyəsi 2014-cü il ərzində 300 milyon dollar təşkil edib.
Azərbaycanda Formula-1 yarışının keçirilməsi
“Biz ölkənin mədəni müxtəlifliyini güc və üstünlük kimi nəzərdən keçiririk.Bu mədəniyyətlərarası dialoqun və anlaşmanın inkişafına imkan verir. İdman bu mənada həyati əhəmiyyətə malikdir.
12 il ərzində Azərbaycan 300-dən çox beynəlxalq idman yarışı keçirib. 2015-ci ildə Azərbaycan 1-ci Avropa Oyunları keçirib və burada 56 medal qazanaraq Rusiyadan sonra 2-ci yeri turmuşuq.
“Təsadüfi deyil ki, Azərbaycan Qran-Pri Formula-1 yarışlarının keçirilməsi məkanı seçilib. Ölkəmizadə belə nüfuzlu tədbirin keçirildiyinə görə fəxr edirik. Onun yüksək səviyyədə təşkili və keçirilməsi üçün bütün səylərimizi tətbiq edəcəyik.
Ümid edirik ki, yarş iştirakçıları, qonaqlar və turistlər bizim gözəl ölkəmizlə tanış olacaq, onun qədim tarixi, mədəniyyəti və ənənələri ilə tanış olaraq qonaqpərvərlikdən zövq ala biləcəklər”- deyə, E.Məmmədyarov bildirib.
1news.az