Çavuşoğlu: “Azərbaycanla birlikdə TANAP-ı vaxtından əvvəl bitirmək üçün işi sürətləndirdik”
“Bu gün ən real enerji layihəsiTANAP və onun davamı olan TAP layihəsidir”.
APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xairic işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Kotziasla keçirdiyi birgə brifinqdə deyib. “Azərbaycanla birlikdə TANAP-ı nəzərdə tutulan vaxtdan öncə bitirmək üçün işləri sürətləndirdik”, - deyə M. Çavuşoğlu söyləyib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri qaçqın böhranı və bölgədəki vəziyyətlə bağlı məsələlərin müzakirəsi ilə əlaqədar Yunanıstana rəsmi səfər edib.
579