ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Bu günlərdə İranın keçirdiyi raket sınaqları BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinəzidd olduğu üçün ABŞ Konqresinin respublikasşılar partiyasından olan əksər nümayəndələr İrana qarşı yeni sanksiyaların tətbiqinə çalışır.
Bu haqda nümayəndələr palatasının spikeri Pol Rayan məlumat bildirib.
1news.az qazeta.ru-ya istinadən xəbər verir ki, Konqres qarşı yeni sanksiyaların tətbiqi məsələsi üzərində o vaxta qədər dayanacaq ki, İran hökuməti ABŞ və onun müttəfiqlərinə qarşı davranışını dəyişmiş olsun.
Qeyd olunur ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Con Kirbi də raket buraxılışı haqda informasiya təsdiq olunarsa, İrana qarşı birtərəfli sanksiyaların tətbiqinə hazır olduqlarını bəyan edib.
1news.az
543