Avropa parlamentinin deputatları Rusiya prezidenti Putinə qarşı sanksiyaların tətbiqini tələb edib-FOTO
Avropa Parlamentinin deputatları Avropa diplomatiyasının sədri Federika Mogeriniyə müraciət edərək Rusiya prezidenti Vladimir Putin və daha 28 nəfər hökümət üzvünə qarşı sanksiyalar tətbiqini tələb ediblər.
1news.az “kommersant”a istinadən xəbər verir ki, buna səbəb ukraynalı təyyarəçi qadın Nadejda Savçenkonun Rusiyada həbsdə saxlanması olub. Müraciət mətni polşalı deputat Yatsek Sariuş Volskinin Twitter səhifəsində yerləşdirilib.
Parlamentarilərin fikrincə 57 deputatın imzaladığı məktubda Ukrayna Vətəndaşı Nadejda Savçenkonun oğurlanaraq qanunsuz tutulub Rusiya ərazisinə gətirilməsi və ona qarşı saxta ittihamların irəli sürülməsi siyasi qərarını verən insanların adı qeyd olunub. Sanksiyalara əsaən həmin şəxslərin viza alması, Avropa ərazisində olan aktivlərinin dondurulması və bütün mülkiyyətlərinin müsadirə olunması nəzərdə tutulur.
Xatırladaq ki, dünən Rusiya XİN –in rəsmi nümayəndəsi Mariya Zaxarova ukraynalı təyyarıçi qadınla əlaqədar məhkəmə işinə təsir etməyə cəhdə görə ABŞ Dövlət Departamentini ittiham edib. Belə ki daha əvvəl ABŞ Dövlət katibi Con Kerri çıxışı zamanı bildirb ki, Rusiya Nadejda Savçenkonu həbsdə saxlamaqla büynəlxalq hüquq nromaları və minsk anlaşmasını pozur.