Tanınmış basketbolçu Ərdoğanın müşaviri olacaq
Tanınmış basketbolçu Hidayət Türkoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın idman işləri üzrə müşaviri olacaq.
1news.az Hürriyet-ə istinadən verdiyi məlumata görə, Türkoğlu ilə birgə müşavirlərin sayı 24-ə çatacaq.
Məşhur basketbolçu baş müşavir olacağı təqdirdə, sabiq millət vəkili və güləşçi Həmzə Yerlikayadan sonra Ərdoğanın müşavirləri arasında ikinci idman adamı olacaq.
Bu halda, Türkoğlunun Türkiyə Basketbol Federasiyasındakı icraçı direktor vəzifəsində qalıb-qalmayacağı məlum deyil.
Qeyd edək ki, 15 il Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında çıxış etmiş Hidayət Türkoğlu “Efes Pilsen”, “Sakramento Kinqz”, “San Antonio Spörs”, “Orlando Mecik”, “Toronto Raptors”, “Föniks Sans” ve “Los Anceles Klippers” komandalarında forma geyinib. O, Türkiyə millisinin heyətində Avropa (2001) və dünya (2010) çempionatlarının ikincisi olub.
1news.az