Azərbaycan və Körfəz ölkələri: yeni imkanlarla üz-üzə | 1news.az | Xəbərlər
Köşə

Azərbaycan və Körfəz ölkələri: yeni imkanlarla üz-üzə

13:23 - 11 / 03 / 2016
Azərbaycan və Körfəz ölkələri: yeni imkanlarla üz-üzə

7-9 mart tarixində Qətər əmiri şeyx Tamim ibn Həmin Əl-Tani Bakıda rəsmi səfərdə olub.

Tərəflər arasında bir sıra dövlətlərarası razılaşmalar, o cümlədən, hüquq sahəsində, diplomatik və xüsusi pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi,  birgə hökümətlərarası komissiyanın yaradılması haqqında razılaşmalar daxildir.   

Bununla yanaşı gömrük sahəsində kadrların hazırlanması və nəqliyyat sahəsində əməkdaşlıq, büdcə və maliyyə məsələləri, kənd təsərrüfatı və elmi tədqiqatlar sahəsində müxtəlif sənədlər imzalanıb.

“Mənim üçün Azərbaycanda- bu gözəl ölkədə olmaq  yüksək şərəfdir. Sizi, nazirlərinizi və xalqınızı ölkədə tətbiq olunan yüksək səylərə görə təbrik edirəm. Hər dəfə bura səfər etdiyimizdə biz dəyişiklik hiss edirik”,-  Qətər əmiri şeyx Əl-Tani Azərbaycan prezidenti ilə geniştərkibli görüş zamanı bildirib.

“Biz öz əməkdaşlığımızı genişləndirməliyik, xüsusilə, iqtisadiyyat və ticarət sahəsində,- əmir deyib,- Ümid  edirik ki, hazırkı razılaşmalardan sonra bu sahədsə işlər sürətlənəcək”.

Prezident İlham Əliyev bildirib ki, tərəflər iqtisadi əməkdaşlığı siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıdır. Prezident bunun üçün bir çox  imkanın olduğunu vurğulayıb.

“Biz enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiya,yükdaşıma və investisiya sahəsində perspektiv var. Düşünürəm ki, bu sahələrin hər biri əməkdaşlıq üçün cəlbedicidir”,- Prezident bildirib.

“Yaxın Şərq marağı”

Yaxın Şərq üzrə şərhçi Teodor Karasikin fikrincə, İran körfəzi ölkələri Əməkdaşlıq Şurası Sovet İttifaqı dağılandan zamandan etibarən Bakıya, müstəqil Azərbaycanın yaranmasına maraq göstərib.

“Uzun illər boyunca körfəz ölkələri, əsasən, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ Cənubi Qafqaza müxtəlif  səbəblərdən maraq göstərib: daşınmaz əmlak sektorunun inkişafı, əmtəə ixracı, energetika və ticarət sahəsi bura daxildir”- deyə o, 1news.az-a müsahibəsində deyib.

Ekspertin fikrincə, ərəb investisiya strukturları Azərbaycanda innovasiyalar və biliklərin idarəolunması sahəsinə yardıma diqqət göstərəcək.

GCC ölkələrinin fikrincə Bakı İran Körfəzi ölkələrinin intellektual və boznes inqilabının bi parçası olmaq üçün artıq yetkinləşib”, - Gulf State Analytics araşdırma mərkəzinin aparıcı məsləhətçisi Karasik deyib.     

 Eyni zamanda o qeyd edir ki, hazırda Körfəz ölkələrindən energetika sferasında yeni təkan hiss olunur.

“Məhz energetika kimi vacib sahə əsas hərəkətverici qüvvə rolunu oynayır. Maye qaz Körfəz ölkələri və Azərbaycan üçün əsas əlaqələndirici halqadır. Xüsusilə çatdırma zəncirinin idarə olunması nöqteyi nəzərindən əəhəmiyyətlidir”, - o, deyib.

İqtisadiyyatı yüksəltmək

Azərbaycanla Körfəz ölkələri ( Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) arasında siyasi əməkdaşlıq əmin addımlarla inkişaf edir. Ölkələr beynəlxalq meydanlarda davranışlarını koordinasiya edir, əsasən bu BMT və İƏT (İslam Əməkdaşlıq Təşkliatı) çərçivəsində özünü göstərir.

Tərəflərin siyasi dialoqunun mühüm cəhətini Dağlıq Qarabağla bağlı Ermənistanla münaqişə məsələsində ərəb ölkələrinin Azərbaycanı dəstəkləməsidir.

Yüksək səviyyədə olan səfərlər mütəmadi olaraq keçirilir: 2015-ci ildə Azərbaycana BƏƏ-nin baş naziri və vitse-prezidenti, Dubay əmiri Məhəmməd inb Rəşid Əı-Məktum səfər edib.

2016-cı ilin fevral ayında Azərbaycan prezidenti Birləşmiş Ərəb Əmirliklərini ziyarət edib.

1news.az müxbirinə Azərbaycan XİN-dən verilən məlumata görə hal-hazırda ölkələr arasındakı siyasi dialoq səviyyəsinə uyğun olaraq iqtisadi əməkdaşlığın həyata keçirilməsi sahəsində aktiv iş aparılır.

“Ərəb ölkələrinin iqtisadi maraqları Azərbaycan iqtisadiyyatında bir sıra sahələri: neft, qaz, GCC ölkələrinə kənd təsərrüfatı məhsullarının birgə ixracı, ortaq layihələrdə iştirak, nəqliyyat və turizmi əhatə edir”-deyə, XİN-in İran Körfəzi ölkələri ilə bağlı şöbəsindən bildirilib.

Bu məqsədlə ölkə başçıları, nazirlər və digər vəzifəli şəxslər arasında əlaqələr aktivləşir, danışıqlar üçün hüquqi baza genişləndirilir. Bakı-Dubay və Bakı-Doxa birbaşa aviareysinin açılması da yaxınlaşmağa yardım edir.       

Qeyd edək ki, Azərbaycanda İxrac və İnvestisiyanın Təşviqi Fondu (AzPromo)dan bu mövzu ilə bağlı münasibət öyrənmək mümkün olmadı.

İran faktoru

“Azərbaycan və ərəb ölkələri ilə əlaqələri yoluna qoyarkən regionn mühüm oyunçularından olan İranı unutmaq olmaz”,- Yaxın Şərq üzrə analitik Teodor Karasik hesab edir.

“Körfəz ölkələri və İran arasında parçalanmanı nəzərə alaraq körfəz ölkələri Azərbaycanı öz maraqlarının strateji qovuşma nöqtəsi hesab edirlər”- o, deyib.

Analitik qeyd edib ki, Azərbaycan və İran Körfəzi ölkələri neft bazarındakı böhranla əlaqədar çətik dövr yaşayırlar. Bu gün koordinasiya hesabına ərəb ölkələri Bakının iqtisadi inkişafına milli valutanın zəifləməsi fonunda  yardım edə bilər.

Teodor Karasikin fikrincə, Körfəz ölkələri “İranın bütün hiyləlırinə bələddir. Beləliklə Azərbaycan və Körfəz ölkələri birgə irəliləyə bilər”, - o, deyib.

Eyni zamandaq İran və Azərbaycan arasında hazırda ikitərəfli münasibətlərin yüksəlişi dövrü yaşanır. Bu Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra baş verib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana sonuncu səfəri ölkələr arasında əməkdaşlıq spektrini daha da genişləndirib.

Mövzu ilə bağlı oxuyun:

Azərbaycan və İran: əməkdaşlıq yeni səviyyəyə qalxır

Bunun göstəricisi 11 ikitərəfli sənədin imzalanması olub: razılaşmalar, qarşılıqlı anlaşma haqqında memorandum, siyasi, iqtisadi- ticarət, energetika xarakterli müqavilələr, o cümlədən “Xudafərin razılaşması” ( o artıq tarixi sənəd hesab olunur), həmçinin Xəzərin enerji resurslarının birgə işlənməsi haqqında razılaşmalar bura daxildir.

Beləliklə ehtimal etmək olar ki, Azərbaycan maraqlı olan bütün ölkələr üçün iqtisadi, siyasi, humanitar əməkdaşlıq sahəsində gözəl meydança kimi həm də  müəyyən dərəcədə regional əlaqələrin yeni “qovşağı” rolunu oynaya bilər.

1news.az

Paylaş:
4264

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər