Çin ilk elektrik təyyarənin istifadəsinə icazə verib
Çinin Baş Mülki Aviasiya İdarəsi ilk elektrik təyyarənin istifadəsinə icazə verib.
1news.az bbrtv.com-a istinadla xəbər verir ki, “RX1E” adlanan təyyarə havada 45 dəqiqədən 60 dəqiqəyə qədər qala bilər və sürəti saatda 120 kilometrdir.
“Ruixiang” şirkətinin istehsalı olan təyyarə təlimlər və ekskursiyalar üçün hazırda ən ideal vasitədir. Bu təyyarələrin 4-ü istismardadır, 20-sinin isə istehsalı üzrə işlər aparılır.
1news.az
634