Pakistanda avtobus partladılıb, 15 dövlət qulluqçusu həlak olub
Pakistanın şimal-qərbində avtobusun partlaması nəticəsində ən azı 15 hökumət işçisi həlak olub.
1news.az "Reuters"-ə istinadən xəbər verir ki, insident çərşənbə günü səhər, avtobus Mərdan şəhərindən Xeybər-Paxtunxva əyalətinin inzibati mərkəzi olan Peşavara gedərkən baş verib.
Həmçinin onlarla yaralının olduğu bildirilir.
"Dawn" nəşri partlayıcı qurğunun avtobusun içində quraşdırıldığını yazır.
Partlayışa görə məsuliyyəti hələ ki, heç bir terror təşkilatı öz üzərinə götürməyib.
1news.az
514