70 yaşında "Barbi"yə tam oxşamağı planlaşdıran 5 uşaq anası - FOTO
Amerikalı 5 uşaq anası Hannett Hammond "Barbi" kuklasına bənzəmək üçün 500 min dollara yaxın pul xərcləyib. Bu barədə Trend "Daily Mail" qazetinə istinadən xəbər verir.
42 yaşlı ABŞ-ın Ohayo ştatının sakini H.Hammond şəkillərini davamlı olaraq "İnstaqram" şəbəkəsində paylaşır.
Hannett "Barbi"yə tranformasiyasına 21 yaşında başlayıb və bu yolda dəfələrlə bıçaq altına uzanıb. Təkcə sinəsini böyütmək üçün 3 dəfə əməliyyat keçirib.
Amerikalı xanımın planlarına görə "Barbi"yə oxşama prosesinə ən azı 70 yaşına kimi davam edəcək.
1246