Səməd Seyidov beynəlxalq strukturların Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamı ilə bağlı reaksiyasına münasibət bildirib | 1news.az | Xəbərlər
Köşə

Səməd Seyidov beynəlxalq strukturların Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamı ilə bağlı reaksiyasına münasibət bildirib

17:26 - 18 / 03 / 2016
Səməd Seyidov beynəlxalq strukturların Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamı  ilə bağlı reaksiyasına münasibət bildirib

17 mart tarixində Azərbaycan prezidenti İlham Əliyev “Bəzi məhkum olunan şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Xatırladaq ki, əfv fərmanı 148 məhkuma aid edilib. Əfv olunanların  137 nəfəri azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən, 6 nəfər islah işlərindən, 5 nəfər isə cərimələrin ödənməsindən azad edilib.

Siyahıdakı 16 nəfər xarici ölkə vətəndaşıdır və azad olunun dərhal sonra öləkədən deportasiya olunub.

Əfvlə bağlı aktın qəbulu zamanı cinayətin ağırlığı, məhkumların cəmiyyət üçün nə dərəcədə təhlükəli olması, səhhəti və ailə vəziyyəti, cəzaçəkmə müəssisələrindəki davranışları nəzərə alınıb.

Əfv olunanlar sırasındakı 14 nəfərin azad olunması ilə bağlı hüquq-müdafiə təşkilatları vəsatət qaldırmışdı. Bura Akif Muradverdiyev, NİDA hərəkatının üzvləri :Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, Ömər Məmmədov,  QHT nümayəndələri: Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, jurnalistlər: Pərviz Həşimov, Hilal Məmmədov, siyasi partiya üzvləri: Sirac Kərimli, Nemət Pənahlı, Yadigar Sadiqov və Tofiq Yaqubov daxildir.

Qeyd edək ki, dövlət başçısının bu sərəncamı ABŞ Dövlət Deportamenti, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası , AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanıb.

Azərbaycanda da bununla əlaqədar millət vəkilləri və ölkədəki insan haqları təşkilatlarının nümayəndələri ölkə prezidentinə minnətdarlıq bildirib.

Bu faktla əlaqədar 1news.az-a fikirlərini bildiriən  AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Azərbaycan Prezidentinin sərəncamını dövlətçiliyin mövkəmlənməsi baxımından ciddi addım adlandırıb.

“Dövlət başçımızızn “Bəzi məhkumların əfv olunması haqqında” sərəncamı humanizm və  xeyirxahlıq aktıdır. Bu insansevərlik siyasətinə uyğundur və həmin siyasət Azərbaycan Prezidenti tərəfindən müxtəlif qanun pozuntuları etmiş insanlara qarşı nümayiş etdirilib. Bu həm də güclü, müstəqil, kənardan heç bir təzyiqə məhəl  qoymayan Azərbaycan dövlətçiliyinin göstəricisidir.

Heç kəsə sirr deyil ki, ölkə daqxilində və xaricindəki bəzi dairələr öz maraqları naminə siyasi məhbuslar mövzusu ilə manipulyasiya parmağa çalışır. Dövlət başçısının qərarı da məhz qiyabi olaraq göstərdi ki, ölkə vətəndaşlarının maraqlarına cavab verən qərarların zamanında qəbul olunması müstəqil dövlətin prioritet istiqamətlərindəndir.

Eyni zamanda Seyidov avropalı siyasətçilərin Prezidentin sərəncamına verdiyi reaksiya məsələsinə də diqqət çəkib.

“Xarici siyasətçilər, Avropa Şurası, Avropa İttifaqı nümayəndələri Azərbaycan Prezidenti tərəfindən imzalanan əfv sərəncamını yüksək qiymətləndirib. Lakin biz bununla yanaşı hazır olmalıyıq ki, avropalı siyasətçilər arasında Azərbaycanı istənilən bəhanə ilə tənqid etmək istəyənlər də tapılacaq.

Belə qeyri- obyektiv fikirlər Azərbaycanın stabil və müstəqil olmasını gözü götürməyənlər tərəfindən səsləndirilə bilər.

Ona görə də bu müsbət rəylərin ardından müəyyən avropalı siyasətçilər tərəfindən asaslandırılmamış tənqidlər səslənərsə heç də təəccüb etmərəm. Biz buna da hazır olmalıyıq”,- deputat deyib.

Sonda S.Seyidov qeyd edib ki, beynəlxalq təşkilatlar anlamalıdır: belə ciddi qərarlar ölkə rəhbərliyi tərəfindən hansısa siyasətçilərin bəyanatına görə, yaxud imic aspektlərinə görə deyil, istər azadlıqda istərsə də cəzaçəkmə müəssisəsində olan hər biz azərbaycanlı başda Prezident olmaqla dövlətin ədalətliliyini hiss etməsi məqsədi ilə həyata keçirilib.

1news.az

Paylaş:
1590

Sizin üçün xəbərlər

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər