Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib | 1news.az | Xəbərlər
Dünya

Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib

22:47 - 18 / 03 / 2016
Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib

Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Saleh Abdeslam həbs edilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, o, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb.

Bildirilir ki, S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb.

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.

1news.az

 

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər