İstanbuldakı partlayışın arxasında PKK-nın ola biləcəyi ehtimal edilir
Türkiyə hökuməti partlayışın arxasında Kürd Fəhlə Partiyasının (PKK) ola biləcəyini ehtimal edir.
1news.az-ın ajanshaber.com-a istinadən xəbər verir ki, prtlayış icra hakimiyyəti yaxınlığında baş verib və buranı hədəflədiyi fikri irəli sürülür.
İlkin araşdırma İstanbuldakı partlayışın arxasında PKK və ya onun əlaltılarının dayandığını göstərir" - "Reuters" agentliyinin Türkiyə hökumətinin yüksək çinli nümayəndəsinə istinadən yaydığı bəyanatda məhz belə deyilir.
Qeyd edək ki, İstanbulun Bəyoğlu rayonunun İstiqlal prospektində baş vermiş partlayış nəticəsində terrorçu-kamikadze də daxil olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Məlumata görə, yaralılardan üçünün durumu ağırdır.
1news.az
619