Avropa İttifaqı Türkiyə ilə miqrasiya sazişi üzrə koordinator təyin edib | 1news.az | Xəbərlər
Dünya

Avropa İttifaqı Türkiyə ilə miqrasiya sazişi üzrə koordinator təyin edib

14:30 - 20 / 03 / 2016
Avropa İttifaqı Türkiyə ilə miqrasiya sazişi üzrə koordinator təyin edib

Avropa Komissiyasının sədri Jan-Klod Yunker  Marten Varveyi Avropa İttifaqının Türkiyə ilə miqrasiya sazişinin həyata keçirilməsi üzrə koordinator təyin edib.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib.

J. K. Yunker deyib ki, M. Vervey Avropa İttifaqı, o cümlədən Yunanıstandan 4 min mütəxəssisin işini təşkil edəcək və əlaqələndirəcək. M. Vervey Qaçqınlara Sığınacaq Təqdim Edilməsi üzrə Avropa Bürosu və Xarici Sərhədlərə Nəzarəti üzrə Avropa Agentliyinin (Frontex) də işini əlaqələndirəcək.  

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin liderləri martın 18-də Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrasiya sazişi imzalayıblar. Sazişdə Türkiyədən Yunanıstana keçən bütün qeyri-leqal miqrantların geri qaytarılması, əvəzində suriyalı qaçqınların qəbul edilməsi ilə bağlı Türkiyə  6 milyard dollar həcmində yardım ayrılması, Türkiyə vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə vizasız rejim tətbiq olunması qərara alınıb. Martın 20-dən başlayaraq Egey dənizi ilə Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılacaq.

Paylaş:
776

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər