“FlyDubai” Rostovdakı qəza qurbanlarının hər birinin ailəsinə 20 min dollar ödəyəcək
“FlyDubai” Rostovdakı təyyarə qəzası qurbanlarının hər birinin ailəsinə 20 min dollar ödəyəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəsmi saytında dərc edilmiş məlumatda bildirilir.
Qeyd edək ki, Dubaydan uçan “Boeing 737-800” tipli təyyarə martın 19-na keçən gecə Rostov-Don şəhərində qəzaya uğrayıb. İstintaq Komitəsi üç əsas versiyanı nəzərsən keçirir – texniki nasazlıq, mürəkkəb hava şəraiti, Ekipajın səhvi.
Qəza nəticəsində 62 nəfər ölüb.
704