Silsilə terror aktlarına görə Belçika sərhədlərini bağladı
Belçika Krallığı paytaxt Brüsseldəki terror aktlarına görə sərhədlərini bağladığını elan edib.
1news.az TASS-a istinadən məlumat verir ki, iki partlayışın baş verdiyi Brüssel aeroportu isə sabah saat 06:00-dək bağlı qalacaq.
Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
Xatırladaq ki, Zaventem hava limanında ard-arda törədilən iki partlayışda 11 nəfər, metroda törədilən partlayışda isə 15 nəfər olmaqla, ümumilikdə 26 nəfər ölüb, 35 nəfərdən çox şəxs yaralanıb.
Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib.
Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.
1news.az