Türkiyə parlamentinin üzvləri Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxmağa çağırıblar - RƏY | 1news.az | Xəbərlər
Dünya

Türkiyə parlamentinin üzvləri Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxmağa çağırıblar - RƏY

18:26 - 04 / 04 / 2016
Türkiyə parlamentinin üzvləri Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxmağa çağırıblar - RƏY

“Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından bir an əvvəl çıxmasalar, bundan sonra baş verəcək hadisələrin  məsuliyyətini Azərbaycan daşımayacaq”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbər görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının Kayseri millət vəkili Yusuf Halaçoğlu deyib.

O, bildirib ki, Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərpa edilməsinin yeganə yolu var:

“Erməniləri işğal etdikləri Azərbaycan torpaqlarından bir an əvvəl çıxmalı və  ata-baba yurdlarından didərgin düşmüş qarabağlı qaçqın qardaşlarımız  doğma evlərinə qayıtmalıdırlar. Bölgəyə sülh gələcəksə, bundan sonra gələcək. Hazırda bölgədə cərəyan edən proseslər o qədər təhlükəli xarakter alıb ki, yeni bir dünya savaşı başlaya bilər. Böyük dövlətlər bir an əvvəl ağıllarını başlarına almalı və Ermənistanı işğal altında saxladığı torpaqlardan qeydsiz-şərtsiz çıxmağa məcbur etməlidirlər. Əks-təqdirdə, bundan sonra baş verəcək hadisələrin məsuliyyətini qətiyyən Azərbaycan daşımayacaq. Ermənilərin işğal etdikləri torpaqlardan çıxmaları üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qərar bir an əvvəl  həyata keçirilməlidir. Azərbaycanın uzun müddətdən bəri problemin sülh yoluyla həll etmə tərəfdarı olduğunu vurğulaması bu məsələdə kimin xoş niyyətli olduğunu göstərir. Xoş niyyətin başqa bir göstəricisi isə Azərbaycanın 2 günlük əməliyyatdan sonra təktərəfli atəşkəs elan etməsidir.

Biz azərbaycanlı qardaşlarımızın şəhid olmalarını qətiyyən istəmərik, ancaq iş başqa nöqtələrə vararsa, azərbaycanlı qardaşlarımızı müdafiə edəcək milyonlarla insanın Türkiyədə də mövcud olduğunu heç kim unutmasın. Təkrar edirəm: Qafqaz bölgəsinə sülh və əmin-amanlıq gəlməsinin yeganə şərti  ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz öz sahiblərinə qaytarmasıdır. Burada heç kim heç kimə hədiyyə vermir, ermənilər cinayət törədərək işğal etdikləri torpaqları o torpaqların gerçək sahiblərinə qaytaracaq. BMT Təhlükəsizlik Şurasının 4 qərarı buna görə yubanmadan həyata keçirilməlidir”.

Cümhuriyyət Xalq Partiyasının Antalya millət vəkili Niyazi Nefi Kara da bəyan edib ki, problemin sülh yolu ilə həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qərarları yubanmadan həyata keçirilməlidir:

“Bölgədəki prosesləri yaxından izləyirik. Biz daim qardaş Azərbaycanın yanındayıq. “Bir millət, iki dövlət” sözünü həmişə praktik şəkildə həyata keçirməyə hazırıq. Bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirik. Azərbaycan illərdən bəri məsələnin ATƏT Minsk Qrupu missiyası çərçivəsində həllinə çalışsa da, təşəbbüslərin heç bir nəticə vermədiyini görürük.

Biz bölgədə sülh və əmin-amanlıq istəyirik. Ancaq bunun üçün ilk növbədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması lazımdır. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların bir an əvvəl həyata keçirilməsinin bölgəyə sülhün daha tez gəlməsinə səbəb olacağına inanıram”.

1news.az

Paylaş:
795

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər