​Gürcüstanın baş nazirinin Azərbaycana səfəri gözlənilir | 1news.az | Xəbərlər
Dünya

​Gürcüstanın baş nazirinin Azərbaycana səfəri gözlənilir

15:49 - 06 / 04 / 2016
​Gürcüstanın baş nazirinin Azərbaycana səfəri gözlənilir

Gürcüstanın baş naziri Georgi Kvirkaşvili mayın birinci ongünlüyündə Azərbaycana səfər edəcək. 1news.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Tbilisidəki səfiri Namiq Əliyev bildirib.

Məlumata görə, Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

"Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq", - deyə səfir vurğulayıb.

1news.az

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər