İran və Türkiyə arasında ticarət dövriyyəsinin 30 milyard dollara qədər artırılmağı planlaşdırılır | 1news.az | Xəbərlər
Dünya

İran və Türkiyə arasında ticarət dövriyyəsinin 30 milyard dollara qədər artırılmağı planlaşdırılır

16:30 - 06 / 04 / 2016
İran və Türkiyə arasında ticarət dövriyyəsinin 30 milyard dollara qədər artırılmağı planlaşdırılır

İran və Türkiyə arasında iqtisadi və ticari əməkdaşlığa dair birgə hökumətlərarası komissiyasının 25-ci iclası aprelin 7-9-da Ankarada keçiriləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, birgə komissiyanın İran tərəfdən həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti bununla əlaqədar Türkiyəyə yola düşüb. M. Vaezini səfərdə ölkənin iqtisadiyyat, sənaye, ticarət və mədəniyyət nazirliklərindən nümayəndələr, eləcə də bank rəhbərləri müşayiət edir. İclasda İran və Türkiyə arasında kompleks əməkdaşlıq planı və müxtəlif sahələrdə, o cümlədən bank sahəsində bir sıra digər sənədlər imzalanacaq.

Bu iclas son aylar iki ölkə arasında soyuq münasibətlərdən sonra mart ayında Türkiyə baş naziri Əhməd Davudoğlunun İrana səfərinin ardınca keçirilir. Toplantının İran və Türkiyə əlaqələrində yeni səhifə açacağı bildirilir.

İki ölkə ticarət dövriyyəsini 30 milyard dollara qədər artırmağı planlaşdırır.

1news.az

Paylaş:
557

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər