Svante Kornel: “ABŞ Rusiyanın maraqları zonasında boşluq qoyan kimi Putin həmin məkanı tutur” | 1news.az | Xəbərlər
Siyasət

Svante Kornel: “ABŞ Rusiyanın maraqları zonasında boşluq qoyan kimi Putin həmin məkanı tutur”

12:50 - 14 / 04 / 2016
Svante Kornel: “ABŞ Rusiyanın maraqları zonasında boşluq qoyan kimi Putin həmin məkanı tutur”

ADA Universitetində çərşənbə axşamı aprelin 13-də postsovet məkanı üzrə tanınmış beynəlxalq ekspert, Svante Kornel çıxış edib. O, Con Hopkins Universitetində (ABŞ) Mərkəzi Asiya və Qafqaz İnstitutuna başqçılır edir. Həmçinin, İpək yolunun tədqiqi proqramının aparıcısıdır.

O, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aprel ayının əvvəlində baş verən eskalasiyanın  səbəbləri ilə bağlı öz görüşlərini ifadə edib. Bu toqquşma zamanı Azərbaycan SQ ermənilərin birinci müdafiə xəttini qıraraq bir neçə strateji yüksəkliyi ələ keçirib.

Ekspert qeyd edib ki,4 günlük  eskalasiyanı istifadə olunan silah növlərinə, düşmən mövqələrinin gözlənilməz dəyişiminə görə misilsiz adlandırmaq olar. Lakin miqyasına və çoğrafi xüsusiyyətinə görə döyüşləri  müharibə demək mümkün deyil.    

Kornel xüsusilə bu və ya digər xarici oyunçuların Cənubi Qafqazdakı hadisələrin inkişafında maraqlı olduğunu vurğuladı. O bildirdi ki, ABŞ heç bir aktivlik göstərmədiyi halda, Rusiya ən başdan prosesə qoşuldu.

Ekspertin fikrincə, Rusiya Azərbaycan və Ermənistan arasında hazırkı toqquşmanın de-eskalasiyasında özünü yeganə vasitəçi kimi göstərməklə öz maraqlarının regionda təsirini artırmağa çalışır. 

Svante Kornelin fikrincə,bötövlükdə münaqişələr üzərində nəzarət Rusiya xarici siyasətinin əsas aspektidir. Bu mənada o, Rusiya prezidentini “vakuumu dolduran” adlandırıb. “Rusiya maraqları zonasında vakuum yaranan kimi prezident Putin həmin məkanı doldurur”.

Rusiya sülhməramlılarının qoşunların təmas xəttində yerləşdirilməsi məsələsinə gəldikdə Kornel bildirib ki, bu hal münaqişənin birdəfəlik “dondurulmasına” gətirib çıxaracaq.

Ermənistanın özündə isə Rusiyadan və RF ilə əməkdaşlığın onlara verdiklərindən narazılıq halları artıb. Bu konteksdə ekspert qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-ya daxil olması da ona bu təşkilat üzvlərinin yekdil dəstəyini təmin etmədi. (Belorus və Qazaxıstan eskalasiya günlərində açıq şəkildə münaqişədə Azərbaycanın mövqeyini dəstəkləyən bəyantlar verdi).

Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının rolu məsələsinə toxunan Kornel qeyd edib ki, onunda danışıqlarda iştirak etməsi vacibdir. “Cünki Aİ-nin Şərq əməkdaşlığı regionunda baş verən bütün hadisələrə aidiyyatı vardir”.

Sonda Kornel fikrini yekunlaşdlraraq bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin ölkədə olmadığı vaxt aktiv döyüş əməliyyatlarının başlaması fakti, (Onlar ABŞ-dakı Nüvə Təhlükəsizliyi Sammitində iştirak edirdi) həmçinin, eskalasiyanın tərəflərdən heç birinin marağına uyğun olmadığını nəzərə alsaq, belə bir sual çıxır, bəs bu kimə maraqlıdır? Lakin bu sualı cavabsız qoyan ekspert görüş iştirakçılarının düşünməsi üçün acıq saxladı..

1news.az

Paylaş:
737

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər