Yaponiya Şimali Koreyanın raket sınaqlarından narahatdır | 1news.az | Xəbərlər
Dünya

Yaponiya Şimali Koreyanın raket sınaqlarından narahatdır

10:40 - 24 / 04 / 2016
Yaponiya Şimali Koreyanın raket sınaqlarından narahatdır

Koreya Xalq Demokratik Respublikasına (KXDR) məxsus sualtı qayıqdan buraxılan ballistik raket Yaponiya üçün təhlükəli olmasa da, Pxenyanın bu hərəkəti narahatlıq doğurur.

Bunu Yaponiyanın müdafiə naziri Qen Nakatani bəyan edib.

Nazirin sözlərini sitat gətirən NHK televiziya kanalı bildirib: “Buraxılış zamanı biz heç bir təhlükə hiss etmədik. Bununla yanaşı, belə hərəkətlər Yaponiya ərazisini və ətraf suları təhdid etdiyinə görə narahatlığımızı bildirməliyik”. Nazir qeyd edib ki, bu günədək KXDR artıq ikinci dəfədir sualtı qayıqdan raket buraxıldığını elan edib. Pxenyan yeni raketlərin hazırlanması da daxil olmaqla, hərbi gücünü artırmaqda davam edir.

Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, cümə günü KXDR lideri Kim Çen In şəxsən sualtı qayıqdan raket buraxılışına rəhbərlik edib. Raketin buraxıldığı qayıq maksimum dərinlikdə yerləşib. Raket bərk yanacaqla işləyən yeni tip mühərriklə təchiz olunub. Sınaq nüvə balığı üçün partladıcının etibarlılığını yoxlamaq məqsədilə aparılıb.

Paylaş:
744

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər