Kanadada meşə yanğınları səbəbindən 60 min insan təxliyə edilib | 1news.az | Xəbərlər
Dünya

Kanadada meşə yanğınları səbəbindən 60 min insan təxliyə edilib

22:53 - 04 / 05 / 2016
Kanadada meşə yanğınları səbəbindən 60 min insan təxliyə edilib

Kanadanın Alberta əyalətində tüğyan edən meşə yanğınları artıq yaşayış məskənlərinə çatıb. Yerli hakimiyyət orqanları Fort-Makmürrey şəhərinin və ona bitişik 7 rayonunun bütün sakinlərinin məcburi təxliyəsi barədə məlumat yayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, şəhərin əhalisi təxminən 61 min nəfərdir, ümumilikdə isə 100 min nəfərədək insan təhlükə qarşısında qalıb.

Yanğınlar sürətlə yaşayış evlərinə keçir, onların çoxu artıq tamamilə yanıb. Yanğının söndürülməsi üçün aviasiya cəlb edilsə də, quru hava və güclü külək şəhəri mühasirəyə almış alovu söndürmək cəhdlərini çətinləşdirir.

Avtomobil yollarında böyük tıxaclar yaranıb. Bir çox tras polis tərəfindən bağlanıb. Xəsarət alanlar barədə hələ ki, məlumat verilmir. Hökumət əhalinin təcili təxliyəsi ilə məşğuldur. Alovun şəhər kənarında yerləşən bir neçə məhəlləni məhv etdiyi və yanğının şəhərin mərkəzinə yaxınlaşdığı bildirilir.

1news.az

 

Paylaş:
739

Sizin üçün xəbərlər

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər