Angela Merkel qaçqınlara dair sazişi dəstəkləyib | 1news.az | Xəbərlər
Dünya

Angela Merkel qaçqınlara dair sazişi dəstəkləyib

09:20 - 13 / 05 / 2016
Angela Merkel qaçqınlara dair sazişi dəstəkləyib

Almaniya kansleri Angela Merkel  qaçqınlara dair Avropa İttifaqı-Türkiyə sazişini dəstəkləyərək, bu razılaşmanın insanları xilas etməkdə kömək etdiyini bildirib.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, Merkel bu sözləri WDR telekanalının təşkil etdiyi forumda çıxışı zamanı bildirib.    

“Aİ qaçqınlığın səbəbləri ilə mübarizə aparmalıdır və elə etməlidir ki, insanlar Avropaya təhlükəli səfər etməsinlər. Təbii ki, biz bu məsələdə asılacaq vəziyyətdəyik. Hazırda, Türkiyə ilə bağlanmış saziş məsələsində də, bu ciddi tənqid olunur. Buna baxmayaraq, Avropa özünü təcrid edərək ətrafda baş verənlərə laqeyd qala bilməz. Qaçqınlığın səbəbləri ilə mübarizədə digər ölkələrə görə məsuliyyət daşımaq lazım gəlir və bunu asılılıq adlandırmaq olar”, - deyə Merkel bildirib.   

Merkel xatırladıb ki, ilin əvvəlindən Türkiyə ilə əldə olunmuş saziş qüvvəyə minənədək Avropaya üz tutan qaçqınlardan 350 nəfəri ölüb, saziş qüvvəyə minəndən bu vaxtadək isə cəmi 7 nəfər həyatını itirib.    

“Həyatları xilas etmək və bəzilərinə ciblərini doldurmağa imkan verməmək – Türkiyə ilə əldə olunmuş sövdələşmə tək bunlarla  özünü doğrultmuş olur”, - deyə kansler qeyd edib.

1news.az

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər