Yəməndə terrorçu-kamikadze özünü partladıb: 41 nəfər ölüb, 60 nəfər yaralanıb
Yəmənin cənubundakı əl-Mukalla şəhərində terrorçu-kamikadze özünü partladıb.
1news.az-ın RİA-Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə polis əməkdaşlarının şəhərin kənarında toplaşdığı mərkəzin yaxınlığında baş verib.
Nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
1news.az
370