"Avroviziya-2016"nın qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verildi | 1news.az | Xəbərlər
Dünya

"Avroviziya-2016"nın qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verildi

00:17 - 17 / 05 / 2016
"Avroviziya-2016"nın qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verildi

Prezident Petro Poroşenko “Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verib.

1news.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün "Tvitter" səhifəsində yazıb.

Bundan əvvəl P. Poroşenko Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik etmişdi. “Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna  sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb.

Qeyd edək ki, Ukrayna təmsilçisi 534 xalla “Eurovision 2016” mahnı müsabiqənin qalibi olub.

1news.az  

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər