Çavuşoğlu: “Antiterror qanunvericiliyinə dəyişikliyi tələb etmək terrorizmə dəstəkdir” | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlu: “Antiterror qanunvericiliyinə dəyişikliyi tələb etmək terrorizmə dəstəkdir”

12:47 - 17 / 05 / 2016
Çavuşoğlu: “Antiterror qanunvericiliyinə dəyişikliyi tələb etmək terrorizmə dəstəkdir”

“Ankara Aİ ilə viza rejiminin liberallaşdırılması ilə bağlı heç bir təzyiqi qəbul etməyəcək”.

1news.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.

“Türkiyənin PKK və İŞİD-ə qarşı ciddi mübarizə apardığı dövrdə antiterror qanunvericiliyinə dəyişiklik edilməsini tələb etmək terrorizmə dəstək kimi qiymətləndiririk”,- deyən Çavuşoğlu vurğulayıb ki, Türkiyə buna heç vaxt imkan verməyəcək və heç bir güzəştə getməyəcək.   

Türkiyə XİN rəhbərinin söxlərinə görə, Aİ-yə qəbul olunan bəzi ölkələr tələbləri tam ödəməsə də bu quruma daxil olub, onların vətəndaşları isə Aİ vətəndaşlığından çox əvvəl vizasız gəlmək imkanı qazanıb.

“Viza liberallaşdırılması mərhəmət deyil, bu Türkiyə vətəndaşlarının hüququdur. Bizə bununla daim minnəq qoymaq lazım deyil”.

Türkiyə Xarici diplomatiya rəhbəri   Aİ-ni ikili standartlardan əl çəkməyə çağırıb.

“Biz təhdid etmirik sadəcə olaraq hər şeyi açıq və olduğu kimi bildiririk, bunu şişirtməyə dəyməz. Biz indi Aİ-yə üzvlük məsələsini deyil, viza rejiminin adi sadələşdirilməsi məsələsini nəzərdən keçiririk. Verilən sözə əməl etmək lazımdır”, - deyən Türkiyə XİN rəhbəri bildirib ki, Avropa İttifaqı üçün Türkiyənin iştirakı olmadan iqtisadi problemləri həll etmək çətin olacaq.

1news.az

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər