Albayrak: “TAP və TANAP regionun enerji təhlükəsizliyində mühüm rol oynayır”
“Transadriatik (TAP) və Transanadolu (TANAP) qaz kəməri regionun təbii qaz bazarında rəqabətin artmasına təsir imkan yaradacaq , enerji təhlükəsizliyini və yeni bazarların formalaşmasını təmin edəcək”, - bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Yunanıstanın Salonik şəhərində TAP-ın kəmərənin təməlqoyma mərasimində bildirib.
Türkiyəli nazir bildirib ki, alternativ enerji mənbələrinin inkişafı ilə hal hazırda dünya energetika sektoru ciddi dəyişikliklər dövrünbü yaşayır.
Albayraq güvənli və daimi enerji resurslarına olan ehtiyacı vurğulayaraq bildirib: “ Enerjiresurslarının tıchizatında yaranan fasilələri aradan qaldırmaq hazırda daha da çətinləşib.
Qaz və kömür gələcək onilliklərdə Aİ və ian yaxın ölkələrin enerji rasionunda aparıcı faktor olaraq qalacaq. Bu mənada TAP və TANAP layihələri mühüm rol oynayır”,- nazir deyib.
Fikrini tamamlayaraq Albayrak Türkiyə hökumətinin hər iki layihənin reallaşdırılmasına dəstək olduğunu vurğulayıb. “Türkiyənin bazarın diversifikasiya və enerji təhlükəsizliyinin təşkili ilə bağlı bütün layihələri müzakirə etməyə hazır olduğunu qeyd etmək istəyirəm”,- deyə nazir vurgulayıb
Anadolu Ajansı