Mogerini: "Aİ Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir" | 1news.az | Xəbərlər
Dünya

Mogerini: "Aİ Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir"

13:10 - 19 / 05 / 2016
Mogerini: "Aİ Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir"

“Avropa İttifaqi daxilində olan fikir ayrılıqlarına baxmayaraq, təşkilat Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir”.

1news.az  “lenta.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.

F. Mogerini bildirib ki, məhdudiyyətlərin aradan qaldırılması Minsk razılaşmaları tam yerinə yetiriləcəyi təqdirdə mümkündür: “Bizim sanksiya siyasətimizlə bağlı fikir ayrılıqları həmişə olub. Çox güman ki, bu, yenə də davam edəcək. Lakin buna baxmayaraq, vahidlik prinsipi həmişə qorunacaq. Biz bu prinsipə əsaslanacaq və qərarları birgə qəbul edəcəyik”.

Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının müddəti iyulun 31-də başa çatır.

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər